Yuxarı
    Bağlamaq

    Azərbaycanda ipəkçiliyin və fındıqçılığın inkişafına 1,5 milyon manat ayrılıb

    Barama toxumları, tut tingləri və fındıq pöhrələri məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılacaq

    Bakı. 16 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev "İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. 

    "Report"un məlumatına görə, sənəd ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin və fındıqçılığın inkişafının sürətləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədi ilə imzalanıb. 

    Sərəncama əsasən, barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına 1,463 milyon manat, o cümlədən barama toxumlarının alınmasına 163,0 min manat, tut (çəkil) tinglərinin alınmasına 600,0 min manat, fındıq pöhrələrinin alınmasına 700,0 min manat ödəniləcək.

    Kənd Təsərrüfatı Nazirliyinə tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin şəhər və rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etmək, barama toxumları, tut (çəkil) tingləri və fındıq pöhrələri əvəzi ödənilmədən paylanılan məhsul istehsalçıları, habelə şəhər və rayonların tələbatı barədə məlumatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi