​Azərbaycanda ilk dəfə ümumi heyvanların baş sayında azalma meyili yaranıb

​Azərbaycanda ilk dəfə ümumi heyvanların baş sayında azalma meyili yaranıb Bununla yanaşı, cari mövsümdə süd istehsalı 4%, ət istehsalı isə 2% artıb
ASK
28 Avqust , 2015 14:09
​Azərbaycanda ilk dəfə ümumi heyvanların baş sayında azalma meyili yaranıb

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə ilk dəfə olaraq ümumi heyvanların baş sayının dəyişməsində azalma dinamikası müşahidə olunub. Lakin bunun müqabilində heyvandarlıq məhsullarının istehsal həcmində artım davam edib. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyi icmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə məlumat verib.

Şöbə müdiri hesab edir ki, intensiv ferma modelinin dəstəklənməsi siyasəti sayəsində heyvandarlıq sahəsində artım məhsuldarlığın yüksəldilməsi hesabına təmin edilir.

Belə ki, bu ilin iyulun 1-nə təsərrüfatlardakı iribuynuzlu mal-qaranın baş sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,6%, xırdabuynuzlu heyvanların baş sayı isə 0,4% az olsa da, cari mövsümdə süd istehsalı 3,7%, ət istehsalı isə 1,8% artıb.

Son xəbərlər

Orphus sistemi