Azərbaycanda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12% bahalaşıb

Azərbaycanda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12% bahalaşıb Bu ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı tarifləri artıb
ASK
11 Aprel , 2017 19:07
Azərbaycanda heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12% bahalaşıb

Bakı. 11 aprel.REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0%, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 %, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8% bahalaşıb.

Dövlət Statistika Komitəsindən "Report"a daxil olan məlumata görə, 2017-ci ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3%, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 3,2% bahalaşıb, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6% ucuzlaşıb.

Qeyd edək ki, ay ərzində bitkiçilik məhsullarından arpanın, buğdanın, almanın, fındığın istehsalçı qiymətində ucuzlaşma, şabalıdın, qozun, narın, lobya dəninin, balqabağın və baş sarımsağın qiymətində bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mart ayında heyvandarlıq məhsullarından südün, mal, qoyun və quş ətinin istehsalçı qiyməti bahalaşıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Son xəbərlər

Orphus sistemi