Azərbaycanda heyvandarlığın inkişafında FAO-nun rolu müzakirə olunub
- 03 fevral, 2022
- 05:12
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Heyvandarlıq Assosiasiyası" (AHA) İctimai Birliyində, qurumun sədri Nazim Səfərovla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yerli nümayəndəliyinin layihə rəhbərləri - Elməddin Namazov və Ülkər Abdullazadə ilə görüş keçirilib.
"Report" xəbər verir ki, görüşdə Azərbaycanda heyvandarlığın inkişafı ilə bağlı görülən işlər, mövcud problemlər barədə müzakirələr aparılıb.
Tərəflər ölkəyə idxal olunan xarici cins heyvanların yetişdirilməsi, müasir heyvandarlıq üçün zəruri olan qida rasionları, ərzaq riskləri, fermerlərin maarifləndirilməsi üçün sahə tədris mərkəzlərinin yaradılması haqqında fikir mübadiləsi aparıb, AHA-nın iştirakı ilə qoyunçuluğun inkişafı üçün FAO-nun təklif etdiyi layihəni və fermerlərin bu layihəyə cəlb olunmasını müzakirə edib.
Qeyd olunub ki, Azərbaycanda qoyunçuluğun və ümumilikdə heyvandarlığın inkişafı, eləcə də yerli cins heyvanların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri də müzakirə edilib.