Azərbaycanda heyvandarlığın inkişafına dair zona müşavirələri keçiriləcək

Azərbaycanda heyvandarlığın inkişafına dair zona müşavirələri keçiriləcək Tədbirlərdə heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssisləri iştirak edəcəklər
ASK
24 İyul , 2017 20:35
Azərbaycanda heyvandarlığın inkişafına dair zona müşavirələri keçiriləcək

Bakı. 24 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı iyulun 26-da Oğuz rayonunda (Oğuz, Şəki, Qəbələ rayonları üzrə), 27-də Zaqatala rayonunda (Zaqatala, Balakən, Qax rayonları üzrə), 28-də isə Sabirabad rayonunda (Sabirabad, Saatlı, Hacıqabul, Cəbrayıl rayonları və Şirvan şəhəri üzrə) heyvandarlıqla məşğul olan fermerlər, süni mayalanma və baytarlıq mütəxəssislərinin iştirakı ilə heyvandarlığın inkişafına dair zona müşavirələri keçiriləcək. 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumatda bildirilib. 

Zona müşavirələrində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Heyvandarlıq və Baytarlıq elmi-tədqiqat institutlarının və Respublika Süni Mayalama Mərkəzinin əməkdaşları tərəfindən rayonlar üzrə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili mövzusunda məruzələr təqdim olunacaq, o cümlədən yerlərdə heyvanların süni mayalanması işinin daha da səmərəli təşkili məqsədi ilə fəaliyyətlərin genişləndirilməsi, istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə ediləcək.

Müşavirələrin sonunda Elektron kənd təsərrüfatı informasiya sisteminin (EKDİS) Heyvandarlıq və subsidiyanın ödənilməsi bölməsinə dair mütəxəssislərin hazırlanması üzrə təlimlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi