Azərbaycanda fermerlərə büdcənin tərtibi və maliyyə məsələləri ilə bağlı təlim keçirilib

Azərbaycanda fermerlərə büdcənin tərtibi və maliyyə məsələləri ilə bağlı təlim keçirilib Təlimdə 40-dan artıq yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak ediblər
ASK
11 Mart , 2016 20:07
Azərbaycanda fermerlərə büdcənin tərtibi və maliyyə məsələləri ilə bağlı təlim keçirilib

Bakı. 11 mart. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) müştərək layihəsi olan “Azərbaycan kənd təsərrüfatı maliyyə aləti Layihəsi" (AZAFF) fermerlərin maliyyə savadlığı mövzusunda ilk regional tədbir keçirib. Seminar Quba “Fermer evi”nin dəstəyi ilə Qubada baş tutub. Təlimdə 40-dan artıq yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak ediblər. Bu barədə "Report"a EBRD-dən məlumat verilib. 

Planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksityaları, onlarla uzunmüddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzularından olub.

Proqramın baş layihə meneceri Erdal Koçoğlu iştirakçıları AZAFF layihəsi və onun məqsədləri barədə məlumat verib. Layihənin aparıcı ekspertləri İlqar Tağıyev və Fəqan Ağayev “Fermerlərin maliyyə savadlığının artırılması” təlimini keçiblər. İnteraktiv keçən təlimdə tədris materialların fermərlərə izahı ilə yanaşı, onların öyrəndiklərini nümunələr üzərində praktiki tətbiqi həyata keçirilib. Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də verilib. Təlimin məqsədi fermerlərə büdcənin tərtib olunması və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsini vurğulamaq olub. Tədbirin sonunda fermerlərə iştirak barədə sertifikatlar təqdim olunub.

AZAFF layihəsi çərçivəsində fermerlərə maliyyə savadlığı mövzusunda təlimlər gələcəkdə davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi