Azərbaycanda epizootik vəziyyət sabitdir

Azərbaycanda epizootik vəziyyət sabitdir Bakı. 12 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycanda qarayara xəstəliyinə qarşı 2 533 125 baş iribuynuzlu, 689 668 baş xırdabuynuzlu, 4 308 baş donuzlarda və 86 232 baş təkdırnaqlı heyvanlarda, dabaq xəstəliyinə qarşı 2 208 551 baş iribuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 209 949 baş itdə, nodulyardermatit xəstəliyinə qarşı 256 933 baş iribuynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 36 379 baş davarda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı 8 515 462 baş quşda “H” vaksini ilə, 12 185 304 baş quşda “La-Sota” vaksini ilə profilaktik peyvəndləmələr aparılıb.
ASK
12 Aprel , 2018 12:35
Azərbaycanda epizootik vəziyyət sabitdir

Bakı. 12 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycanda qarayara xəstəliyinə qarşı 2 533 125 baş iribuynuzlu, 689 668 baş xırdabuynuzlu, 4 308 baş donuzlarda və 86 232 baş təkdırnaqlı heyvanlarda, dabaq xəstəliyinə qarşı 2 208 551 baş iribuynuzlu heyvanlarda, quduzluq xəstəliyinə qarşı 209 949 baş itdə, nodulyardermatit xəstəliyinə qarşı 256 933 baş iribuynuzlu heyvanda, qoyunların çiçəyinə qarşı 36 379 baş davarda, həmçinin quşların nyukasl xəstəliyinə qarşı 8 515 462 baş quşda “H” vaksini ilə, 12 185 304 baş quşda “La-Sota” vaksini ilə profilaktik peyvəndləmələr aparılıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) "Report"a verilən məlumatda bildirilir.

Məlumata görə, həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 421293 baş iribuynuzlu, 1439 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Bununla yanaşı, epididimit xəstəliyinə görə 459 baş törədici qoç, vərəmə görə 140 730 baş iribuynuzlu, manqoya görə 19 729 baş təkdırnaqlı heyvan diaqnostik müayinə olunub.

“Quş qripi” xəstəliyinə görə ölkə ərazisində DBNX-nin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə 1 dəfə monitorinq keçirilib, monitorinqlər zamanı seçmə üsulla ovlanaraq götürülən 25 baş çöl quşunun patmaterialı və 1771 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında (RBL) müayinə edilib, nəticədə xəstəlik aşkar edilməyib. Monitorinqlər əsasən Abşeron Milli Parkında, Şabran rayonunun Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonunun Şirvan Milli Parkında, Ağcabədi rayonunun Ağgöl Milli Parkı ərazisində, Lənkəran rayonunun Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində, habelə respublika rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılıb.

Rüb ərzində respublikaya 1430,3 ton iribuynuzlu mal əti, 53,2 ton qoyun əti, 93 ton ət konservi, 5 623,6 ton quş əti, 1 775,1 ton donuz əti, 763,4 ton kolbasa və sosis, 736,2 ton süd, 2 649,1 ton süd məhsulları, 1 082,7 ton pendir, 358 ton quru süd, 886,8 ton qatılaşdırılmış süd, 761 ton mayonez, 4 879,1 ton kərə yağı, 195,4 ton süd və yağ pastası, 5 795,2 min ədəd damazlıq yumurta, 25 271 baş iribuynuzlu heyvan, o cümlədən 1 330 baş damazlıq, 5 905 baş kəsim üçün xırdabuynuzlu heyvan, 374,4 min baş bir günlük cücə, 635 ton balıq konservi, 1094,6 ton dondurulmuş balıq, 1 775 ton spred yağı, 23 500 doza buğa toxumu, 0,79 ton balıq kürüsü, 19,3 ton yumurta ağı tozu və s. baytarlıq nəzarətində olan məhsullar idxal olunub. Heyvan mənşəli idxal məhsulları RBL-də bakterioloji, kimya-toksikoloji, radioloji və digər müayinələrdən keçirilərək qida üçün yararlığı müəyyən edildikdən sonra istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi