Azərbaycanda elit toxumların satış qiymətinin yuxarı həddi artırılıb

Azərbaycanda elit toxumların satış qiymətinin yuxarı həddi artırılıb Nazirlər Kabineti “Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” qərarına dəyişiklik edib.
ASK
2 Noyabr , 2023 13:15
Azərbaycanda elit toxumların satış qiymətinin yuxarı həddi artırılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasında buğda toxumçuluğunun inkişaf etdirilməsi tədbirləri haqqında” qərarına dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyi hər növbəti il üçün kənd təsərrüfatı bitkiləri istehsal edən Nazirliyin toxum istehsal edən elmi müəssisə və təşkilatlarının maşın və mexanizmlərə, gübrələrə, pestisid və avadanlıqlara olan tələbatını müəyyən edəcək. İndiyənədək buğda toxumunu istehsal edən Aqrar Elm
Mərkəzinin təsərrüfatları və dövlət kənd təsərrüfatı istehsalı müəssisələrin tələbatı müəyyənləşdirilirdi.

“Aqroservis” ASC-yə tapşırılıb ki, ilk növbədə toxum istehsal edən elmi müəssisə və təşkilatlarının, özəl toxumçuluq təsərrüfatlarının aqrotexniki xidmətlərinin genişləndirilməsini təmin etsin.

Bundan başqa, aqrotexniki xidmətlərinin qiyməti “Aqroservis” ASC tərəfindən Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla təsdiq ediləcək.

Həmçinin Nazirliyin toxum istehsal edən elmi müəssisə və təşkilatları tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi kvota əsasında istehsal edilən elit toxumlar istehsal xərclərinin 70 %-dən yuxarı olmayan qiymətə toxumçuluq təsərrüfatlarına satılacaq, bu da, əvvəlki göstərici ilə müqayisədə 20 faiz bəndə yaxın çoxdur. Eləcə də, əldə edilən vəsait həmin elmi müəssisə və təşkilatların işçilərinin sosial müdafiəsinin və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi