Azərbaycanda ekoloji təmiz məhsul istehsalına dair hüquqi baza təkmilləşdirilə bilər

Azərbaycanda ekoloji təmiz məhsul istehsalına dair hüquqi baza təkmilləşdirilə bilər Bakı. 27 noyabr. REPORT.AZ/ Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi (KTN) Aparatının əməkdaşları və Ümumdünya Ərzaq Təşkilatının (FAO) Azərbaycan ofisinin beynəlxalq məsləhətçilərinin iştirakı ilə Göyçay Rayon Kənd Təsərrüfatı İdarəsində “Ekoloji təmiz məhsul istehsal edən fermerlərin əkin sahələrinin genişləndirilməsi və təşviqi” mövzusuna həsr edilmiş seminar keçirilib.
ASK
27 Noyabr , 2017 15:53
Azərbaycanda ekoloji təmiz məhsul istehsalına dair hüquqi baza təkmilləşdirilə bilər

Bakı. 27 noyabr. REPORT.AZ/ Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi (KTN) Aparatının əməkdaşları və Ümumdünya Ərzaq Təşkilatının (FAO) Azərbaycan ofisinin beynəlxalq məsləhətçilərinin iştirakı ilə Göyçay Rayon Kənd Təsərrüfatı İdarəsində “Ekoloji təmiz məhsul istehsal edən fermerlərin əkin sahələrinin genişləndirilməsi və təşviqi” mövzusuna həsr edilmiş seminar keçirilib.

“Report” KTN-ə istinadən xəbər verir ki, tədbirdə respublikada kənd təsərrüfatında son illərdə tətbiq olunan mütərəqqi, inovativ texnologiyaların tətbiqi nəticəsində əldə olunmuş nailiyyətlər, qarşıda duran əsas hədəflər haqqında məlumat verilmiş, məhsul istehsalçılarının qarşılaşdığı problemlər və onların həlli yolları müzakirə olunub.

Əsasən də, istehlakçıların ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində qarşıda duran vəzifələr, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, məhsulun sertifikatlaşdırılması, təbii şəraitdə yetişdirilən məhsulun becərilməsi üçün əhalinin maarifləndirilməsi və s. məsələlər geniş müzakirə olunub.

FAO-nun Azərbaycan ofisinin Beynəlxalq məsləhətçiləri - Uyqun Aksoy və Vüqar Babayev dünyanın bir çox ölkələrində ekoloji təmiz məhsul istehsalı haqqında geniş məlumat verərək, Azərbaycanda bu sahədə olan imkanları diqqətə çatdırıb, məhsul istehsalının orqanik olmasını təmin edə biləcək becərmə texnologiyasının, son məhsulun toplanması, qablaşdırılması və saxlanması xüsusiyyətləri barədə məlumat verib. Seminarda FAO-nun, Avropa İttifaqının, ABŞ-ın ekoloji ərzaq məhsulları istehsalı üzrə standartları, ekoloji təmiz kənd təsərrüfatı istehsalı ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi, ekoloji təmiz məhsul istehsal edən fermerlərin formalaşdırılması, onların istehsal etdikləri məhsulun yoxlama, sertifikatlaşırama və akkreditasiya yolları, bu tip orqaniq məhsulların bazarının inkişaf etdirilməsi, sağlam qidalanmanın təşviqi haqqında məlumat verilib.

Son xəbərlər

Orphus sistemi