Azərbaycanda dövlət xətti ilə aqrar sığortanın əhatə dairəsi genişləndiriləcək

Azərbaycanda dövlət xətti ilə aqrar sığortanın əhatə dairəsi genişləndiriləcək "Azərbaycanda bu il dövlət xətti ilə aqrar sığorta hesabına yığılan sığorta haqlarının ümumi məbləği 4 milyon manata yaxınlaşıb".
ASK
128
9 Sentyabr , 2021 16:45
Azərbaycanda dövlət xətti ilə aqrar sığortanın əhatə dairəsi genişləndiriləcək
Əli Əhmədov

"Azərbaycanda bu il dövlət xətti ilə aqrar sığorta hesabına yığılan sığorta haqlarının ümumi məbləği 4 milyon manata yaxınlaşıb".

Bunu "Report"a açıqlamasında Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, indiyə qədər 10 000-dən çox mal-qara, 20 000 hektar bitkiçilik sahəsi sığortalanıb: "Yaxın vaxtlarda aqrar sığortanın əhatə dairəsi bir qədər də genişləndiriləcək. Ərzaq üçün nəzərdə tutulan bütün növ bitkilərin sığortalanması nəzərdə tutulub. Sığorta paketinə təkcə südlük deyil, həmçinin ətlik istiqamətlərdə yetişdirilən heyvanların - qoyun və keçi təsərrüfatları da əlavə olunacaq".

Hazırda Fond 60 bölgədə fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi