Yuxarı

Azərbaycanda dövlət və bələdiyyə torpaqlarından müvəqqəti istifadə müddəti azaldılır

Layihəyə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə hüququ 15 ildən 49 ilədək müəyyən olunacaq

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanda dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən müvəqqəti istifadə müddəti azaldılır. “Report” xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik ediləcək. 

Dəyişikliklər layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin dekabrın 4-də keçirilən iclasında müzakirə olunub. Layihəyə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə hüququ 15 ildən 49 ilədək müəyyən olunacaq. 

Xatırladaq ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli formada müəyyən edilir. Belə ki, qısamüddətli müvəqqəti istifadə 15 ilədək, uzunmüddətli müvəqqəti istifadə 15 ildən 99 ilədək müəyyən olunur.

Aqrar siyasət komitəsi Torpaq Məcəlləsinə dəyişikliklər layihəsini təsdiqləyib və parlamentin plenar iclasına tövsiyə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi