Azərbaycanda dənli və dənli paxlalı bitkilərin məhsuldarlığı artıb

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin məhsuldarlığı artıb Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr dənli və dənli paxlalı bitkilərin əkin sahəsindən 13,7% daha çox məhsul götürülüb.
ASK
18 Dekabr , 2018 14:21
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin məhsuldarlığı artıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr dənli və dənli paxlalı bitkilərin əkin sahəsindən 13,7% daha çox məhsul götürülüb.

“Report” Statistika Komitəsinə istinadən xəbər verir ki, kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. 

Dekabrın 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,8%-i və yaxud 1 049,4 min hektarı biçilib və həmin sahələrdən 3 059,9 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% çox məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,2 sentner təşkil edib. Bundan əlavə, məhsulu toplanmış 31,7 min hektar dən üçün qarğıdalı sahəsindən 226,8 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 71,5 sentner qarğıdalı dəni götürülüb.

Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 286,7 min ton olub. 

Son xəbərlər

Orphus sistemi