Azərbaycanda daha 3 kəndə ilk dəfə təbii qaz verilib

Azərbaycanda daha 3 kəndə ilk dəfə təbii qaz verilib Ölkədə daha 229 abonent qazla təmin olunub
ASK
15 Aprel , 2016 15:18
Azərbaycanda daha 3 kəndə ilk dəfə təbii qaz verilib

Bakı. 15 aprel. REPORT.AZ/ Bu gün Neftçala və Qusar rayonunun daha üç kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Neftçala rayonunda Dördlər (Xol) kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 148 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 463 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qusar rayonunun Nəcəfkənd və Aşağı Qələnxur kəndlərində keçirilmiş tədbirdə isə qeyd olunub ki, 81 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumilikdə 12 564 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi