Yuxarı
    Bağlamaq

    DBNX: Azərbaycanda dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir

    Dövlət Baytarlıq Nəzarəti Xidməti dabaq xəstəliyi əleyhinə iri və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə işi aparıb

    Bakı. 18 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bəzi kütləvi informasiya vasitələrində Bərdə rayonunda iribuynuzlu heyvanların dabaq xəstəliyinə tutulması və tələf olması, həmin heyvanlarda dabağa qarşı aparılan profilaktik peyvənd vasitələrinin keyfiyyəti haqqında əsassız, fakta söykənməyən məlumatların yer aldığını bildirib.

    DBNX-ın Mətbuat Katibliyindən “Report” bildirilib ki, Nəzarət Xidməti ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiqlənən “Epizootik tədbirlər planı”na uyuğun olaraq, iri və xırdabuynuzlu heyvanlar arasında müvafiq tədbirlər aparıb, o cümlədən dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri həyata keçirib.

    Bununla əlaqədar, aparılan peyvəndləmədən sonra heyvanlar arasında dabaq xəstəliyinə görə heç bir mürəkkəbləşmə və tələfat halları qeydə alınmayıb.

    Bu ilin 7 ayı ərzində Azərbaycanda üç dəfə (yanvar və iyun-iyul aylarında) dabaq xəstəliyi əleyhinə iri və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə tədbirləri aparılıb. Bu tədbir ölkə üzrə 4973892 baş iribuynuzlu, 5895483 baş xırdabuynuzlu heyvanı əhatə edib. Eyni zamanda bu ilin 7 ayı ərzində Bərdədə 168800 baş iribuynuzlu, 101937 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyi əleyhinə peyvəndləmə aparılıb.

    Dövlət vəsaiti hesabına tender yolu ilə alınaraq ölkəyə gətirilən, heyvanlara tətbiq edilən bütün vaksinlərin, o cümlədən dabaq xəstəliyi əleyhi vaksinlər alınan müəssisələr beynəlxalq sertifikatlara malikdirlər. Ölkəyə gətirilən peyvənd vasitələrinin beynəlxalq keyfiyyət sertifikatları mövcuddur. Bununla belə, həmin vaksinlər Azərbaycana idxal olunarkən onların keyfiyyəti Baytarlıq Elmi-Tədqiqat İnstitutunun müvafiq laboratoriyalarında yoxlanılır, keyfiyyət göstəriciləri standartlara uyğun olduqdan sonra DBNX-nın yerli strukturları tərəfindən heyvanlara tətbiq edilir.

    Nəzarəti Xidməti heyvanlara vurulan dabaq vaksinlərinin guya keyfiyyətsiz olması və peyvəndləmədən sonra heyvanların tələf olması ilə əlaqədar yayılan məlumatların heç bir əsası olmadığını, bu məlumatların sensasiya xarakteri daşdığını və heç bir fakta söykənmədiyini bildirib: "Heyvanların dabaq xəstəliyinə yoluxması və bu xəstəlikdən ölməsi barədə fatk yoxdur. Azərbaycanda iti yoluxucu xəstəliklərə, o cümlədən dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir və epizootik vəziyyətə nəzarət olunur".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi