Azərbaycanda aqrar sahədə biotexnologiyanın tətbiqi nə verəcək?

Azərbaycanda aqrar sahədə biotexnologiyanın tətbiqi nə verəcək? Heyvandarlıq – dünya kənd təsərrüfatının ikinci mühüm sahələrdən biri olmaqla əhalini çox qiymətli ərzaq məhsulları ilə, yüngül sənayeni xammalla, bitkiçilik sahəsini isə üzvü gübrələrlə və s. təmin edir. Heyvandarlıq sahəsi dünyanın hər yerində inkişaf e
ASK
1 Sentyabr , 2021 18:49
Azərbaycanda aqrar sahədə biotexnologiyanın tətbiqi nə verəcək?
Mahir Hacıyev

Heyvandarlıq – dünya kənd təsərrüfatının ikinci mühüm sahələrindən biri olmaqla əhalini çox qiymətli ərzaq məhsulları ilə, yüngül sənayeni xammalla, bitkiçilik sahəsini isə üzvü gübrələrlə və s. təmin edir. Heyvandarlıq sahəsi dünyanın hər yerində inkişaf etdirilir. İnkişaf etmiş ölkələrdə əsas aparıcı istiqamət, heyvandarlığın intensiv yolla inkişafı sayılır, bu isə Şimali və Mərkəzi Avropa, Şimal-Şərqi ABŞ ərazisindəki, şəhər ətrafı bölgələrdə südlük qaramalın, quşçuluğun və dönuzçuluğun geniş surətdə yayılmasına əsaslanır. Bununla yanaşı, Avstraliya, Qərbi Amerika və Kanada kimi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə hələ də heyvandarlığın ekstensiv otlaq şəraitində inkişaf etdirilməsi davam edir. Bəs Azərbaycanda bu istiqamətdə hansı işlər görülür? Bu kimi işlərin Azərbaycanda görülməsi nə qədər vacibdir?

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev “Report”a Azərbaycanda biotexnologiyanın tətbiqi ilə bağlı görülən işlərdən danışıb.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr fərmanı ilə “Azərbaycan Respublikasında Kənd Təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritə”si təsdiq edilib: “Bu xəritədə müxtəlif sahələrin inkişafı ilə yanaşı 2017-2020-ci ilər üçün elmi xidmət müəssisələrinin (elmi-tədqiqat institutlarının) işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində bir sıra konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Heyvandalıq Elmi-Tədqiqat İnstitutunun “2017-2020-ci illər üçün Strateji İnkişaf Planı”na daxil edilən konkret tədbirlərin biri də heyvandarlıqda rüşeymin transplantasiyası texnologiyasının tətbiq edilməsidir. Beləki, respublikada 2020-ci ilin sonuna olan statistik məlumata əsasən ət istehsalı 335,7 min ton, bundan 137,9 min tonu mal əti, 85,3 min tonu qoyun əti, 112 min tonu quş əti istehsal edilib. 2 min 150,8 ton süd istehsal edilib və bundan 39,1 ton qoyun südü təşkil edib".

M.Hacıyev bildirib ki, embrion köçürmə üsu­lu­ kənd­ təsər­rüfatı heyvan­la­rı­nın yetişdi­ril­mə­sində intensivləş­di­ril­mə üsul­la­rın­­­dan biridir: "Bu, alı­nan ye­ni nəslin baş sayının sur­ət­lə artma­sına im­kan yaradır. Em­bri­on köçürmə dedik­də do­nor heyvanların cinsiyyət üzvlə­rin­­də rüşeymin resipient hey­van­ların cinsiyyət üzvlərinə kö­çü­rül­məsi demək­dir. Bu zaman resi­pi­­yent­lərin orqanizmində rü­şey­min və daha sonra dölün inkişafı müşa­yi­ət olunan normal boğazlıq baş verir. Donor yüksək damazlıq və məh­­sul­­darlıq keyfiyyətinə ma­lik heyvan olma­lıdır. Bu heyvanda hormonal yolla poliovulyasiya törətdikdən sonra onu yüksək mə­h­suldar törədi­ci­nin sperması ilə mayalandılır, bir neçə rüşeym alırlar. Donor kimi yalnız elə hey­van­­lar seçilir ki, bunlar çoxsaylı ovulyasiya qabiliyyətinə ma­lik olmaqla, uzun müd­dət ərzində transplantasiya üçün yaralı rüşeymlər verə bilsinlər. Bu məqsədlə doğum zamanı və doğumdan sonrakı dövrdə heç bir patologiya ilə üzləşməmiş 4–5 yaşında olan, sağlam, süd vəzil əriyaxşı inkişaf etmiş inəklərdən istifadə edirlər”.

Embrion transplantasiyası biotexnologiyasının perspektivləri və imkanları

M.Hacıyev qeyd edib ki, iribuynuzlu malqaranın ənənəvi üsulla yetişirdikdə orta hesabla hər bir inəkdən bütün istifadə dövründə 3 5 buzov alınır, buna əsasən də qiymətli genotipə malik dişi heyvanların alınması məhdud olur: “ЕТÇО texnologiyası (em­bri­on transplantasiyası və çoxsaylı ovulyasiya) və IN VITRO embrion istehsalı ge­netik dəyərli inəklərdən sürətləndirilmiş bala almağa imkan yaradır. Bu üsul inə­yin məhsuldar dövrü müddətində onun nəslinin 10 dəfə artırmağa imkan yaradır.

Gələcəkdə heyvan alveri embrion alveri ilə əvəz olunacaq

O vurğulayıb ki, embrionun qişadan çıxmaqdan qabaq o, virus və mikrob agenti ilə yoluxur bu isə damazlıq təsərrüfatlar üçün çox bir əhəmiyyət kəsb etməklə təhlükəli ola bilər: “ Bu damazlıq təsərrüfatlarda qiymətli heyvanların vaxtından əvvəl çıxdaş edilməsinə gətirib çıxarmaqla böyük iqtisadi ziyan verir.

Bütün dünyada embrion köçürülmə diri heyvan və toxum alverindən ən təhlükəsiz sayılır. 1985-ci ildə Beynalxalq Epizootik Büroda və Embrion trans­plan­tasiyası beynalxalq assosiasiyanın iclasında yeni şərtlər qəbul edilib. Belə bir proqnoz var ki, gələcəkdə heyvan alveri embrion alveri ilə əvəz olunacaq. Dondurulumş embrionların yer kürəsinin bütün güşələrinə çatırılması diri heyvanın nəqlindən ucuz başa gəlir. Embrion transplantasiyasını tətbiq etdikdə 3 il müddətində yüksək məhsuldar sürü yaratmaq olar. Bu isə dünya istehsal səviyyəsinə çıxmaq deməkdir. Embriontransfer texnologiyasının istifadəsi zamanı əkiz heyvan almaq mümkündür, habelə embrionun mikrocərrahi üsülla hissələrə bölünməsi ilə əkizlərin doğuşunun tezliyini artırmağa imkan verir. Buna nail olmaq üçün iki dünya texnologiyasından istifadə olunur İNVİVO (dəymiş embrionların yuyulması) və İN VİTRO (embrionların laboratoriya şəraitində alınması). İBM embrionlarını laborator şəraitində almaq və sonra isə cinsiyyətinə görə bölünməsi müasir laborator avadanlıq vasitəsi ilə aparılır.

Embrion transfer üçün istifadə olunan texnologiya heyvanların ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayından on qat çox artırır. Yer kürəsinin hər bir nöqtəsindən dondurulmuş embrionun çatdırılması və onların sonrakı transplantasiyası heyvanların daşınması ilə birlikdə daha asan və daha ucuzdur. Resipiyentə iki embrionu köçürərkən, alıcı iki embrionu transplantasiya edərkən əkizlərin doğum tezliyi 30-50 % artır. Mikrocərrahi üsül ilə ayrılmış embrionların əkilməsi zamanı eyni əkizlərin əldə edilməsi mümkündür. Embrion köçürmədə toxumun keyfiyyətinin artırılması və embrion cinsinin müəyyən edilməsi bu isə alıcıya dişi fərdlərin əldə edilməsinə imkan yaradır. Bütün heyvandarlıq müəssisəsində embrion transplantasiyası üç il müddətində yüksək məhsuldarlığa malik elit cinsli inəklərin alınmasında zəmin yaradır".

Elmi-Tədqiqat İnstitutunun direktoru hesab edir ki, dünyada gedən siyasi proseslər fonunda Azərbaycanda yeni sahənin elmi əsaslarla açılması – yerli heyvandarların keyfiyyətli bioməhsulun əla şərtlərlə alınmasına şərait və imkan yaradır: "Embrion istehsalçıların fermerlərlə əməkdaşlığı iqtisadi riskləri azaldır və effektiv rejimdə işlməyə imkan yaradır".

Yerli embrion köçürmənin üstünlükləri:

- Heyvanların baş sayının az müddət ərzində artırılması;

- Daha az müddət ərzində (3 il) arzu olunan yeni heyvan tiplərin yaradılması;

- Zərərli resesiv genlərin və anormal xromosomların aşkar edilməsi;

- Heyvanların xəstəliyə davamlılığının yüksəldilməsi;

- Heyvanların cinsiyyətinin əvvəldən müəyyən edilməsi, arzu olunan heyvan cinslərinin alınması və s. mümkün olacaqdır. Bu zaman inəklər cinsiyyətinə görə seçilmiş toxumlarla mayalandırılmalıdır. Qeyd edilir ki, X xromosomları qadın xromosomu olmaqla, Y xromosomuna nisbətən 4 % çox DNK-ya malik olub, daha ağır və açıq rəngdə olmaqla asan seçilir. Toxumda X xromosomunun çoxluğu 80-90 % dişi buzovların doğulmasını səbəb olur.

- Adətən inəklər ildə bir bala verir. Təxminən 2-3 % inəklər iki və ya daha çox bala verirlər. Genetik qanunauyğunluğa görə isə, doğulan balaların 51 %-ni erkəklər, 49 %-ni isə dişilər təşkil edir.Odur ki, inəklərin cinsiyyətinə görə seçilmiş toxumlarla mayalandırılması mühüm əhəmiyyət kəsb edir. Bu zaman 90 % dişi buzovlar əlınması mümkün olur;

- Minimum sifarişin daha kiçik ölçüsü, satın alınan məhsulların həcminə görə endirimlərin təmin edilməsi;

- Satın alınan məhsulların həcmindən asılı olaraq endirimlərin təmin edilməsi, embrionun məhsuldarlığının zəmanətli bir nəticəsi ilə alıcılara embrionların köçürülməsi üçün biotexnologların xidmətlərinə daxil olma ehtimalı, yəni, boğazlıq üçün ödəniş;

- İstənilən cinsli embrionların əldə edilməsi;

- Müştərilərə məsləhət və məlumat köməyini təmin edir;

-Mütəxəssislərin hazırlanması: biotexnologlar, texnik-toxumçuların, gineko­loqlar;

Belə ki, dünyada Holştin friz cinsinin yayılma arealını nəzərə alsaq görmək olar ki, ən çox Yaponiyada, Almaniyada və ABŞ da yayılıb və burada embrion köçürmə yolu ilə alınan heyvanların süd məhsuldarlığı daha yüksək olub.

Respublikada embrion köçürmə tətbiq edilmir və buna əsasəndə göstərici 1 528 kq təşkil edir. Bununla yanaşı embrion köçürmədə aşağıdakı göstərilənləridə əldə edilməsi mümkündür:

Gen mühəndisliyi (1979-cu ildən xaricdə işlənilir)

- yüksək məhsuldar donor inəyin 1 hüceyrə yumurtasından resipient inəkdən, dörd hüceyrəli rüşeymin iki hissəyə bölünməsi ilə iki buzov, səkkiz hüceyrəli rüşeymin dörd hissəyə bölünməsi ilə isə 4 buzov almaq olar.

Bir il ərzində bir donor inəkdən 40-a qədər buzov almaq mümkündür.

-Embrionun inkişafının ilk mərhələsində, heyvanların genotipində dəyişilik edilməsi yolu ilə ximer buzovların alınması. Bu zaman iki müxtəlif cinsə və ya növə məxsus olan inəklərin yumurtalığından rüşeym götürülür, hər ikisi mikrocərrahi yolla iki hissəyə bölünür və onlar birləşdirilərək resipient inəyin bətnində yerləşdirilir. Beləliklə, ximer buzovlar öz orqanizmində bir-birindən genotipə görə fərqlənən müxtəlif əlamətləri gəzdirirlər. Öz orqanizmində iki rüşeymin əlamətlərini gəzdirməklə, ximer buzovlar, iki valideynin deyil, dörd valideyinin əlamətlərinin daşıyıcısı sayılırlar.

Klonlaşdırma - dişi yumurta hüceyrəsinin haploid hüceyrəsinin kənar­laş­dırı­la­raq başqa bir orqanizmin diploid nüvəsinin bu yumurta hüceyrəsinə yerləşdirilməsidir. Bunun nəticəsində elə bir fərd meydana gəlir ki, o, diploid nüvəsini götürdüyümüz orqanizmlə tamamilə oxşar olur.

İnəklərin cinsiyyətinə görə seçilmiş toxumlarla mayalandırılması. ( “X” və “Y” xromosomları). X xromosomu, qadın xromosomu olmaqla, Y xromosomuna nisbətən 4 % çox DNK-ya malik olub, daha ağır və açıq rəngdə olmaqla asan seçilir. Toxumda X xromosomunun çoxluğu 80-90 % dişi buzovların doğulmasını təmin edir.

Adətən inəklər ildə bir bala verir. Təxminən 2-3 % inəklər iki və ya daha çox bala verirlər. Genetik qanunauyğunluğa görə isə, doğulan balaların 51 %-ni erkəklər, 49 %-ni isə dişilər təşkil edir. Odur ki, inəklərin cinsiyyətinə görə seçilmiş toxumlarla mayalandırılması mühüm əhəmiyyət kəsb edir. Bu zaman 90 % dişi buzovlar alınması mümkün olur.

M.Hacıyev vurğulayıb ki, Azərbaycanda yeni sahənin elmi əsaslarla inkişaf etdirilməsi yerli heyvandarların keyfiyyətli bioməhsulun əla şərtlərlə alınmasına şərait və imkan yaradacağı ilə, "Vətən" embrion istehsalçıları ilə fermerlərin əməkdaşlığının iqtisadi risklərin azaldılması və yüksək genetik məhsuldarlıq potensialı olan heyvanların sayının artırılması yolu ilə heyvandarlıq təsərrüfatlarının bu cür heyvanlardan formalaşdırılmasıyla, intensiv texnologiyalar əsasında heyvandarlıq məhsullarının istehsalının təmin edilməsi ilə və bunun nəticəsində effektiv rejimdə işləməyə imkan yaratmaqla aqrar elmə, heyvandarlıq sahəsinə və eləcə də ölkənin iqtisadiyyatına öz töhfəmizi vermiş olardıq.

O sonda qeyd edib ki, Belarusla embrioun transferi sahəsində müqavilələr bağlanılıb: "Heyvandarlıqda embrion transferin tətbiqi istiqamətində layihənin icrası həyata keçirilib. Bununla bağlı İsraildən FAO-nun dəstəyi ilə bu iş başlanacaq. Məqsəd Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun genetik mərkəzə çevirməsidir".

Son xəbərlər

Orphus sistemi