Azərbaycanda baytarlıq xidmətləri necə təkmilləşdiriləcək?

Azərbaycanda baytarlıq xidmətləri necə təkmilləşdiriləcək? “Nazirlər Kabinetinin yeni qərarı ilə təsdiqlənmiş “Xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərini
ASK
335
8 Sentyabr , 2020 11:04
Azərbaycanda baytarlıq xidmətləri necə təkmilləşdiriləcək?

“Nazirlər Kabinetinin yeni qərarı ilə təsdiqlənmiş “Xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin Siyahısı” heyvan sağlamlığı sahəsində xidmətlərin təkmilləşdirilməsi məqsədilə atılan addımdır”. 

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun Aqrar Xidmətlər Agentliyinin (AXA) yeni təyin olunmuş sədri Mirzə Əliyev deyib.

O, qeyd edib ki, ölkə prezidentinin bu ilin aprel ayında imzaladığı “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanla Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan baytarlıq məntəqələrinin 2022-ci ilədək mərhələli şəkildə ləğvi nəzərdə tutulur. Yeni qərar dövlət sifarişi əsasında özəl baytarlıq subyektlərinin (hüquqi və fiziki şəxslərin) göstərəcəyi xidmətlərin siyahısını özündə birləşdirir.

“Dövlət xüsusi təhlükəli xəstəliklərlə mübarizə məsuliyyətini öz üzərində saxlayır. AXA ilə müqavilə əsasında baytarlar xüsusi təhlükəli xəstəliklərin diaqnozu, profilaktikası və müalicəsini həyata keçirəcəklər. Bu da həm sərbəst fəaliyyətə başlamış baytarların fəaliyyətinə dəstək olacaq, həm də daha çox baytar mütəxəssislə işləməyə imkan verdiyindən xidmətlərin keyfiyyətli icrasını təmin edəcək”, - deyə  AXA sədri vurğulayıb.  

M.Əliyev əlavə edib ki, növbəti addım olaraq AXA ilə baytarlıq subyektləri arasında bağlanacaq müqavilənin nümunəsi təsdiqlənəcək. Bundan başqa, baytarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) onların qeydiyyatını və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin elektron qaydada izlənilməsini təmin edən Baytarlıq Xidmətləri Monitorinqi altsistemi formalaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi