Azərbaycanda arıçılıq məhsulları ilə bağlı standartlar hazırlanır

Azərbaycanda arıçılıq məhsulları ilə bağlı standartlar hazırlanır Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Qalib Əbdüləliyev: "Mövcud problemlərin aradan qaldırılması üçün arıçılar təşkilatlanmalıdır"
ASK
15 May , 2015 13:44
Azərbaycanda arıçılıq məhsulları ilə bağlı standartlar hazırlanır

Bakı. 15 may.REPORT.AZ/ Azərbaycanda arıçılıq məhsulları və balın keyfiyyət standartları hazırlanır. Hazırda bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyində iş gedir və builki bal mövsümünə qədər bu standartların hazırlanması nəzərdə tutulub. Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib. 

Onun sözlərinə görə, son zamanlar satışa çıxarılan balın keyfiyyəti qənaətbəxş deyil: "Bunun qarşısını almaq üçün yollar axtarılmalıdır. İlk növbədə laboratoriya analizi metodu var ki, bu işdə kütləvi şəkildə aparıldığı üçün öz nəticəsini vermir. Çünki təbii balı saxta baldan ayrımaq üçün dərin analizlər aparılmalıdır. Çuğundur şəkərini həqiqi balın tərkibində olan nektar şəkərindən laborator analizləri şəraitində ayırmaq çox çətindir", - deyə şöbə müdiri bildirib.

Azərbaycanda arıçılıqla məşğul olan təqribən 40 rayonun olduğunu açıqlayan Q.Əbdüləliyev qeyd edib ki, arıçılıq daha çox dağlıq və dağətəyi rayonlarda populyardır. Lakin rayonlarda arıçılıqla təqribən əhalinin 10%-i məşğul olur: "Bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün arıçılar təşkilatlanmalıdır. Ötən ilin oktyabr ayında bu məsələ qaldırılsa da, indiyə kimi heç bir təşəbbüs görülməyib".

Son xəbərlər

Orphus sistemi