Azərbaycanda aqrar sektorla bağlı Respublika Komissiyasının tərkibində dəyişiklik olub

Azərbaycanda aqrar sektorla bağlı Respublika Komissiyasının tərkibində dəyişiklik olub Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibində dəyişiklik olub.
ASK
13 Dekabr , 2017 12:29
Azərbaycanda aqrar sektorla bağlı Respublika Komissiyasının tərkibində dəyişiklik olub

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibində dəyişiklik olub.

“Report” xəbər verir ki, indiyə qədər Komissiyanın üzvü olan Maliyyə Nazirliyinin iqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Sabir oğlu Məcidlini həmin şöbənin sektor müdiri Elşən Kərim oğlu Əhmədov əvəz edib.

V.Məcidli “Report”a açıqlamasında dəyişikliyi nazirlikdə işinin çox olması ilə izah edib: “Həmin komissiyada iş daha çox yay aylarında olur. Bu vaxt həm də növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanır. Yəni, nazirlikdə işim çox olduğu üçün komissiyada məni sektor müdirinin əvəz etməsinə qərar verilib”.

Son xəbərlər

Orphus sistemi