Azərbaycanda aqrar sektor 4,3% böyüyüb

Azərbaycanda aqrar sektor 4,3% böyüyüb Bakı. 16 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı, diri çəkidə 39,4 min ton ət, 151,1 min ton süd, 168,6 milyon ədəd yumurta, 9,5 min ton tərəvəz istehsal olunub.
ASK
16 Fevral , 2018 09:21
Azərbaycanda aqrar sektor 4,3% böyüyüb

Bakı. 16 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı, diri çəkidə 39,4 min ton ət, 151,1 min ton süd, 168,6 milyon ədəd yumurta, 9,5 min ton tərəvəz istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3,4%, süd istehsalı 0,6%, yumurta istehsalı 16,0%, tərəvəz istehsalı 1,6 dəfə artıb.

Ümumilikdə isə son 1 ildə kənd təsərrüfatının ümumi məhsulunda 4,3%, o cümlədən heyvandarlıq məhsullarının istehsalında 3,6%, bitkiçilik məhsullarının istehsalında isə 33,5% artım olub. 

Son xəbərlər

Orphus sistemi