Azərbaycanda aqrar sektor 3 %-dən çox böyüyüb

Azərbaycanda aqrar sektor 3 %-dən çox böyüyüb 2022-ci ildə Azərbaycanda 10 milyard 984 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
ASK
18 Yanvar , 2023 17:29
Azərbaycanda aqrar sektor 3 %-dən çox böyüyüb

2022-ci ildə Azərbaycanda 10 milyard 984 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,4 % çoxdur.

Ötən il ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri əvvəlki ilə nisbətən 3,3 % artıb 5 milyard 538 milyon ABŞ dolları, heyvandarlıq məhsullarının dəyəri isə 3,4 % artaraq 5 milyard 446 milyon ABŞ dolları təşkil edib.

2022- ci ildə qarğıdalı da daxil olmaqla tarlalardan 3161,3 min ton dənli və dənli paxlalı bitkilər götürülüb, bu, 2021-ci illə müqayisədə 6 % azdır. Sahələrdən 1074,3 min ton (1,2 % çox) kartof, 1823,3 min ton (0,4 % çox) tərəvəz, 469,3 min ton (2% çox) bostan məhsulları, 1253,1 min ton (4 % çox) meyvə və giləmeyvə, 212,6 min ton (1,3 % çox) üzüm, 1 min ton (15 % az) yaşıl çay yarpağı, 222,7 min ton (15,3 % çox) şəkər çuğunduru, 321,8 min ton (12,1 % çox) pambıq, 29,4 min ton (13,8 % çox) günəbaxan və 5,1 min ton (21 % az) tütün yığılıb.

2021-ci illə müqayisədə 2022-ci ildə diri çəkidə ət istehsalı 3 % artaraq 628 min ton, süd istehsalı 1,9 % artaraq 2264,7 min ton, yumurta istehsalı 9,8 % artaraq 2018,1 milyon ədəd, yun istehsalı 2,3 % azalaraq 15,8 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi