Azərbaycanda aqrar sektor 2% böyüyüb

Azərbaycanda aqrar sektor 2% böyüyüb Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 4919,6 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.
ASK
180
14 Avqust , 2020 17:47
Azərbaycanda aqrar sektor 2% böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 4 919,6 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsulların dəyəri 0,7% artaraq 2 468,7 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 2 450,9 milyon manat təşkil edib. 

Orphus sistemi