Azərbaycanda aqrar kreditlərin faizinin bir hissəsi subsidiyalaşdırılacaq

Azərbaycanda aqrar kreditlərin faizinin bir hissəsi subsidiyalaşdırılacaq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərin banklardan aldığı kreditlərin faizlərinin bir hissəsinin subsidiyalaşdırılması üçün layihə hazırlayır.
ASK
30 Noyabr , 2023 13:24
Azərbaycanda aqrar kreditlərin faizinin bir hissəsi subsidiyalaşdırılacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərin banklardan aldığı kreditlərin faizlərinin bir hissəsinin subsidiyalaşdırılması üçün layihə hazırlayır.

"Report" xəbər verir ki, bunu Agentliyin şöbə müdiri Rövşən Məmmədli Bakıda keçirilən "Fermerlərin dəstəklənməsi və Dövlət-Özəl sektoru Əməkdaşlığı" mövzusunda tədbirdə bildirib.

Bundan başqa, onun sözlərinə görə, fermerlər girov təminatından çox dövlət zəmanəti ilə kredit əldə edə bilərlər.

"Əgər kreditin 50 %-nə dövlət zəmanət versə, fermerin girov qoymasına ehtiyac olmaya bilər", - deyə nazirlik rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi