Azərbaycanda Aqrar İnnovasiya Platforması təqdim edilib

Azərbaycanda Aqrar İnnovasiya Platforması təqdim edilib Bu gün Azərbaycanda Aqrar İnnovasiya Platformasının təqdimatı keçirilib.
ASK
15 Mart , 2022 17:58
Azərbaycanda Aqrar İnnovasiya Platforması təqdim edilib

Bu gün Azərbaycanda Aqrar İnnovasiya Platformasının təqdimatı keçirilib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, təqdimat mərasimində rəqəmsallaşma və innovasiya ilə bağlı layihələrin hər zaman prioritet hesab edildiyi, məhz bu səbəbdən sözügedən platformanın ərsəyə gəlməsində yaxından iştirak etdiklərini vurğulanıb.

Aqrar İnnovasiya Platforması innovativ layihələrin qəbulu, emalı və icra mərhələlərinin izlənməsi üçün nəzərdə tutulan, istifadəçilərin asan interfeysə malik olduğu platformadır. Bu platforma kənd təsərrüfatı məhsul istehsalçılarını, şirkətləri, yerli və beynəlxalq təşkilatları bir araya gətirəcək.

Nazirik yanında Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə yaradılan bu platformanın məqsədi fermerlərin ideya və təşəbbüslərinin dəstəklənməsi və aqrar sahənin innovativ əsaslarla inkişafını təmin etməkdən ibarətdir. Platforma vasitəsilə aqrar sahədə innovativ layihələrini təqdim edən fiziki və hüquqi şəxsləri dövlət və özəl sektor dəstəkləyəcək, onlar layihələrini reallaşdıra biləcəklər.

Son xəbərlər

Orphus sistemi