Yuxarı

Azərbaycanda apreldə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri enib

Lobya və noxud dəni, günəbaxan toxumu, pomidorun istehsalçı qiyməti isə bahalaşıb

Bakı. 26 may. REPORT.AZ/ Bu ilin aprel ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,9%, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının müvafiq olaraq 0,1% və 2,2% ucuzlaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,1% bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 1,5% ucuzlaşıb.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, birillik bitkilərdən buğdanın, arpa dəninin, kartofun, yoncanın istehsalçı qiyməti ucuzlaşıb, lobya və noxud dəninin, günəbaxan toxumunun, pomidorun istehsalçı qiyməti isə bahalaşıb.

Çoxillik bitkilərdən almanın, badamın, şabalıdın, fındığın, tərəvəz şitilinin istehsalçı qiyməti bahalaşıb, qozun, gül şitilinin istehsalçı qiyməti isə ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, mal və qoyun ətinin (diri çəkidə), diri ev quşlarının, yumurtanın, quş ətinin (diri çəkidə) istehsalçı qiyməti ucuzlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi