Azərbaycan Kənd Təsərrüfatı naziri
Bu barədə “Report”a
Nazir İnam Kərimov səfər çərçivəsində Almaniya Bundestaqının Ərzaq və Kənd Təsərrüfatı Komitəsinin sədri Alois Gerig ilə görüşüb. Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı barədə danışılıb, aqrar sahənin qeyri-neft sektorunun inkişafında prioritet sahə hesab olunduğu bildirilib. Bundestaqın komitə sədrinə bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti
Alois Gerig bildirib ki, Azərbaycanda aqrar xidmətlərin elektronlaşdırılmasını yüksək qiymətləndirir. Bu prosesi təkmilləşdirmək üçün ölkəsinin texnologiya transferinə hazır olduğunu deyən komitə sədri aqrar təhsil sahəsində əməkdaşlığın vacib əhəmiyyət kəsb etdiyini deyib. O bildirib ki, azərbaycanlı gənclər Almaniyada təşkil olunan təlim proqramlarından geniş faydalana bilərlər.
Görüşdə Azərbaycanın Avropanın müxtəlif ölkələri ilə təhsil sahəsində mübadilə proqramlarında iştirakı barədə məlumat verilib, azərbaycanlı fermerlərin Almaniyaya səfər edərək müasir aqrar texnologiyalarla tanışlığı üçün imkanların yaradılmasının vacibliyi vurğulanıb. Tərəflər Azərbaycan-Almaniya Kənd Təsərrüfatı Forumunun keçirilməsi ətrafında da müzakirələr aparıblar.
İ.Kərimov səfər şərçivəsində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Michael Harms ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Almaniya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensialı barədə fikir mübadiləsi aparılıb. Nazir Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirib, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlər, o cümlədən Almaniyanın aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır.
Bildirilib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının geniş ixrac potensialı var, hazırda aqrar sahənin inkişaf strategiyasında əsas prioritetlərdən birini aqrar emal sənayesinin müasirləşdirilməsi, yeni emal müəssisələrinin qurulması təşkil edir. Tərəflər kənd təsərrüfatı sahəsində Almaniya şirkətləri ilə ortaq müəssisələrin yaradılmasının mümkünlüyü, mövcud əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi ətrafında müzakirələr aparıblar.