Azərbaycanda "ağıllı" arı qutuları istehsal ediləcək
ASK
- 07 yanvar, 2022
- 10:53
Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) yeni rezidenti “BEYT” MMC "Ağıllı" (“Smart”) arı qutularının istehsalına hazırlaşır.
Bu barədə "Report"a YTP-dən bildirilib.
Məlumata görə, bu qutularda temperatur, rütubət, işıq, atmosfer təzyiqini ölçən sensorlar, məhsulun həcmini ölçən tərəzi yerləşdiriləcək, onların yerləşməsi və açılıb-bağlanması ilə bağlı məlumatlarını fermerə ötürəcək proqram təminatı hazırlanacaq.
İstehsal prosesində ilkin mərhələdə 20 nəfər cəlb olunacaq və ildə 500 min ədəd "ağıll" qutu ərsəyə gətiriləcək. Bu isə işğaldan azad edilmiş bölgələrdə yeni innovativ texnologiyaların tətbiqi ilə arıçılığı intensiv yollarla qısa müddətdə inkişaf etdirməyə imkan yaradacaq.
Son xəbərlər
11:25
Lionel Messi cərimə zərbəsindən vurulan qolların sayına görə Jairə çatıb
Futbol11:09
İsveçrədə atışma olub, xəsarət alanlar var
Digər ölkələr10:47
Azərbaycan millisinin üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib
Futbol10:44
Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
Ekologiya10:38
Messinin dörd qolu "İnter Mayami"nin "Monreal" üzərində qələbəsinə kömək edib
Futbol10:15
Azərbaycan XİN Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib
Xarici siyasət10:05
"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli olub
Futbol10:05
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Hadisə09:56