Yuxarı

Azərbaycanda 92 min heyvan brusellyoz xəstəliyinə qarşı peyvəndlənəcək

Bu məqsədlə heyvanlardan qan nümunələri götürülüb

Bakı. 2 may. REPORT.AZ/ Heyvanlar arasında brusellyoz xəstəliyin yoluxma səviyyəsini yoxlamaq üçün 92 min iri və xırdabuynuzlu heyvandan qan nümunəsi götürülüb. Təsadüfi seçim üsulu ilə aparılan bu yoxlamalar xəstəliyin yayılma səviyyəsini (rayonlar, kəndlər, qışlaqlar, heyvan növləri və yaş qrupları üzrə ) təyin edib. 

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, toplanan bütün məlumatlar xüsusi elektron məlumat bazasına yüklənib. Qan nümunələrinin serumları 5 il müddətində mənfi 20 C temperaturda saxlanılacaq, bu da Dövlət Baytarlıq Xidmətinə bu və diqər xəstəlikləri təhlil etməya imkan yaradacaq. Brusellyoza qarşı kütləvi peyvəndləmədən 4 il sonra yenidən qan nümunələri toplanılacak və nəticələr müqayisə ediləcək. Bu, aparılmış mübarizənin nə dərəcədə effektiv olduğunu söyləməyə əsas verəcək.

Brusellyoza qarşı kütləvi peyvəndləmə yaxın vaxtlarda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlığa Nəzarət Xidməti tərəfindən başlanacaq.

Brusellyoza qarşı yoluxma riski heyvan sahibləri və heyvandarlıq məsullarının istifadəçilərində olduğundan, xəstəlik səviyyəsini müəyyənləşdirmək üçün təsadüfi seçim ilə onlardan da qan nümunələri götürülməsi nəzərdə tutulub.

Azərbayçanda brusellyoz xəstəliyinə qarşı yeni mübarizə proqramı Kənd Təsərrüfatı Nazirliyin Dünya Bankı ilə birgə layihəsi çərçivəsində aparılır. Mübarizənin məqsədi insan üçün uzun müalicə dövrü və ağır fəsadları olan brusellyoz xəstəliyini Azərbaycanda ləğv etməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi