Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda bu günə qədər 88 min tondan çox pambıq tədarük edilib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ötən ilin eyni dövründə pambıq tədarükü 35 min tondan çox olub. Bu da illik müqayisədə 2,5 dəfə artım deməkdir.
