Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanda qeyri-dövlət fıtosanitar xidmətləri, o cümlədən bitki mühafızə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılması xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilən fəaliyyət növlərinin siyahısına daxil edilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə bitki mühafızə vasitələrinin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan şərtlər müəyyən edilib.
Fərmanın icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən son aylarda Ədliyyə Nazirliyinin sahibkarlıq subyektlərində yoxlamaların aparılması məqsədi ilə reyestrdən çıxarışlarına əsasən respublikanın müxtəlif bölgələrində bitki mühafızə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və satışı ilə məşğul olan 39 obyektdə keçirilən monitorinqlər nəticəsində 700 kq-dan artıq qeydiyyatdan keçməmiş, keyfiyyətsiz, standartlara cavab verməyən, mənşəyi məlum olmayan pestisidlərin və aqrokimyəvi maddələrin satışı qadağan etdirilərək dövriyyədən çıxarılıb. Həmçinin 10 müəssisənin fəaliyyəti dayandırılıb, bu istiqamətdə Dövlət Xidməti tərəfindən reydlər davam etdirilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, dünya üzrə inkişaf etməkdə olan ölkələrdə istifadə olunan bitki mühafızə vasitələrinin təqribən 30%-i beynəlxalq keyfiyyət standartlarına cavab vermir. Bitki mühafızə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı zamanı adekvat olmayan istehsal texnologiyası və keyfıyyətə nəzarət sistemi, icazəsiz istehsal, məhsulun saxtalaşdırılması, istifadəyə qədər uyğun olmayan yerdə saxlanılması və s. kimi amillər aşağı keyfıyyətli məhsul istehsalına gətirib çıxarır. Bitki mühafızə vasitələrinin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi zamanı tələb olunan əlavə şərtlər bu sahədə boşluqların aradan qaldırılmasında, fıziki və hüquqi şəxslər tərəfindən sözügedən sahələrdə fıtosanitar, sanitariya-gigiyena və texniki-təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsinə şərait yaradacaq ki, bu da ətraf mühitin mühafızəsi və insan sağlamlığının qorunması baxımından olduqca vacibdir.