Azərbaycanda 7 qanuna dəyişiklik edilir

Azərbaycanda 7 qanuna dəyişiklik edilir Layihələr müzakirə olunduqdan sonra plenar iclasa tövsiyə olunub
ASK
17 Mart , 2017 11:38
Azərbaycanda 7 qanuna dəyişiklik edilir
Milli Məclis / Report

Bakı. 17 mart. REPORT.AZ/ Milli Məclisin Aqrar siyasət Komitəsinin bu gün keçirilən iclasında yeddi məsələnin müzakirəsi keçirilib.

"Report"un verdiyi xəbərə görə, bu, "Fitosanitar nəzarəti haqqında" qanunda dəyişikliklər edilməsi barədə", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Çayçılıq haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Taxıl haqında", "Yeyinti məhsulları haqqında" və "Toxumçuluq haqqında" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələridir.

Bütün layihələrdə dəyişikliklər onların "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli qanuna uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.

Qeyd edək ki, ümumiyyətlə, 28 qanun layihəsində "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqında" qanuna uyğunlaşdırma ilə bağlı dəyişiklik ediləcək ki, bunlardan 7-si məhz Aqrar siyasət Komitəsinə aid məsələlərdir.

Layihələr müzakirə olunduqdan sonra parlamentin plenar iclasına tövsiyə olunub. 

Son xəbərlər

Orphus sistemi