Azərbaycanda 4,6 mln. hektar kənd təsərrüfatına yararlı torpaq var

Azərbaycanda 4,6 mln. hektar kənd təsərrüfatına yararlı torpaq var Əhməd Əhmədzadə: "Bu torpaqlardan 430 min hektarı suvarılır"
ASK
4 İyun , 2016 12:16
Azərbaycanda 4,6 mln. hektar kənd təsərrüfatına yararlı torpaq var

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycanın vahid torpaq fondunun təxminən 4 mln. 600 min hektarı kənd təsərrüfatına yararlı torpaq hesab olunur. 

"Report"xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında bildirib. 

Cəmiyyət sədri deyib ki, bu torpaqlardan 430 min hektarı suvarılır: "Qalan hissəsinin suvarılması isə həyata keçirilmir. Suvarılmayan hissələrdə su ehtiyatları Azərbaycanda suvarılan torpaq sahələrinin həcmini 1 mln. 800 min ha çatdırmağa imkan verir. Bu istiqamətdə layihələr icra edilir, amma bunlar üçün müəyyən vaxt və sərmayə lazımdır". 

Son xəbərlər

Orphus sistemi