Yuxarı

​Azərbaycan tütün idxalını 19% artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan tütün və tütünün sənaye əvəzedicilərinin ixracını 18% artırıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 363 499,14 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9% çoxdur.

Cari ilin yanvar-noyabr ayları ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 4,5%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 11 155,76 min dollarlıq tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% çoxdur. Tütün və tütün əvəzedicilərinin 2014-cü ildə ixracı ölkənin ümumi ixracatının 0,05%-nə bərabər olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi