Azərbaycana Gürcüstandan tütün və tütün əvəzediciləri idxalını 23 %-dən çox azaldıb

ASK
  • 21 fevral, 2023
  • 14:49
Azərbaycana Gürcüstandan tütün və tütün əvəzediciləri idxalını 23 %-dən çox azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 2,024 milyon ABŞ dolları dəyərində tütün və tütün əvəzediciləri, tütün ekstraktları idxal edib.

“Report” Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 33,3 % azdır.

Hesabat dövründə Azərbaycanın Gürcüstandan idxal etdiyi bu məhsulun həcmi isə illik müqayisədə 23,3 % azalaraq 138 tona enib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 % azalaraq 120,453 milyon ABŞ dolları olub. Bu da, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 8,2 %-ni təşkil edib.

Eyni dövrdə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 11 % artaraq 51,937 milyon ABŞ dolları (ümumi ixracın 11,3 %-ni), Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 11 % azalaraq 68,5 milyon ABŞ dolları (ümumi idxalın 6,8 %-i) təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti