Naxçıvana Cənub-Şərqi Anadoludan idxal edilən dənli və paxlalı bitkilərin dəyəri açıqlanıb

ASK
  • 26 iyun, 2024
  • 11:01
Naxçıvana Cənub-Şərqi Anadoludan idxal edilən dənli və paxlalı bitkilərin dəyəri açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 5,876 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 12,7 % çoxdur.

Hesabat dövründə bölgədən ümumilikdə xarici ölkələrə 1 milyard 391,482 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 9,2 % çoxdur.

5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük dənli və paxlalı bitki məhsulların ixracı Yaxın Şərq ölkələrinə (717,298 milyon ABŞ dolları məbləğində) həyata keçirilib. Bu 1 il əvvələ nisbətən 8,8 % çoxdur.

Onları Afrika ölkələri (335,288 milyon ABŞ dolları) və Amerika ölkələri (204,234 milyon ABŞ dolları) izləyib. Bunlar isə illik müqayisədə müvafiq olaraq 5,6 % və 24,3 % çoxdur.