Azərbaycana bir ölkədən zəncəfil tədarükü bərpa edilib

ASK
  • 02 fevral, 2023
  • 10:47
Azərbaycana bir ölkədən zəncəfil tədarükü bərpa edilib

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 777,81 min ABŞ dolları dəyərində 364,98 ton zəncəfil gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43 % çoxdur, kəmiyyət olaraq – 9 % azdır.

Hesabat dövründə Çindən 431,59 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 209,62 ton (+47 %), Braziliyadan 236,32 min ABŞ dolları dəyərində (+15 %) 118,38 ton (-30 %), Hindistandan 62,44 min ABŞ dolları dəyərində (-7 %) 24 ton (-30 %), İrandan 24,24 min ABŞ dolları dəyərində (+50 %) 9,68 ton (+67 %), Türkiyədən 16,81 min ABŞ dolları dəyərində (+14,5 %) 1,86 ton (-26 %) məhsul alınıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniyadan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 0,52 min ABŞ dolları dəyərində 0,02 ton və 0,3 min ABŞ dolları dəyərində 0,1 ton ədviyyat alınıb.

Bir il 8 aylıq aradan sonra Almaniyadan idxal bərpa edilib. Azərbaycana bu ölkədən 0,01 min ABŞ dolları dəyərində 0,01 ton zəncəfil göndərilib.