Azərbaycan yenidən Ukraynaya xiyar ixrac etməyə başlayıb
- 09 may, 2023
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 1,117 milyon ABŞ dolları dəyərində 2 min 30 ton xiyar gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 36,2 %, kəmiyyət olaraq – 36,3 % çoxdur.
Azərbaycan İrandan 1,114 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 36 % çoxdur) 2 min 26 ton (+36,1 %) və Türkiyədən 2,02 min ABŞ dolları dəyərində (+12 dəfə) 4 ton (+26,2 dəfə) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 694,3 min ABŞ dolları dəyərində (+11 %) 470 ton (+13 %) xiyar göndərilib.
Rusiyaya 688,28 min ABŞ dolları dəyərində (+10 %) 459,86 ton (+11 %) və Ukraynaya 6 min ABŞ dolları dəyərində 10 ton məhsul satılıb.
Bir il 11 aylıq fasilənin ardından Azərbaycan yenidən Ukraynaya xiyar tədarük etməyə başlayıb.