Azərbaycan yenidən İrandan zəfəran almağa başlayıb
- 06 yanvar, 2022
- 09:54
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 33,15 min ABŞ dolları dəyərində 0,08 ton zəfəran gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 35 dəfə, kəmiyyət olaraq – 8 dəfə çoxdur.
İdxalın dəyər ifadəsində 95 %-i İranın payına düşüb. Azərbaycan birillik aradan sonra bu ölkədən tədarükü bərpa edərək 31,44 min ABŞ dolları dəyərində 0,03 ton zəfəran alıb. Sözü gedən ədviyyat ölkəmizə həm də Avstriya, Gürcüstan, İtaliya, Nigeriya və Türkiyədən tədarük olunub.
Hesabat dövründə Azərbaycandan xaricə 1,14 min ABŞ dolları dəyərində 0,03 ton zəfəran tədarük olunub ki, bu da 2020-ci ilin ilk 10 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 33 % və 50 % çoxdur. Zəfəranımız Birləşmiş Ərəb Əmirliklərinə, Qazaxıstana və təyin olunmayan ölkəyə idxal olunub. Sonuncunun payına dəyər ifadəsində tədarükün 68,4 % düşüb.