Azərbaycan xurmasının ixrac həcmi 7 illik maksimuma çatıb

ASK
  • 26 noyabr, 2021
  • 12:25
Azərbaycan xurmasının ixrac həcmi 7 illik maksimuma çatıb

2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycan 34,078 milyon ABŞ dolları dəyərində 45 min 334,33 ton xurma ixrac edib.

“Report”un Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə xarici bazarlara tədarük edilən xurmanın 32,77 milyon ABŞ dolları dəyərində 40 min 326,7 tonu Rusiyanın, 1,240 milyon ABŞ dolları dəyərində 4 min 762,14 tonu Ukraynanın payına düşüb. Ötən ilin eyni dövrünə nisbətən bu ölkələrə ixracın həcmi müvafiq olaraq 2,2 dəfə və 2,6 dəfə artıb.

Birillik fasilədən sonra Azərbaycan xurması Qazaxıstan və Türkiyəyə ixracı bərpa olunub. Həmin ölkələrə bu ilin yanvar-sentyabr aylarında müvafiq olaraq 37,87 min ABŞ dolları dəyərində 118,08 ton və 30,06 min ABŞ dolları dəyərində 127,41 ton məhsul ixrac edilib.

Builki ixracın həcmi 2014-cü ildən bu yana qeydə alınan ən yüksək göstəricidir. Belə ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 18 min 277,22 ton, 2019-cu ilin - 25 min 017,23 ton, 2018-ci ilin – 24 min 059,22 ton, 2017-ci ilin – 11 min 172,18 ton, 2016-cı ilin - 10 min 310,09 ton, 2015-ci ilin - 9 min 969,9 ton, 2014-cü ilin 12 ayının nəticələrinə görə (Qeyd: 2012-2014-cü illər üzrə xarici ticarətin rüblük statistikası rəsmi mənbələrdə yoxdur) 69 min 310,7 ton, 2013-cü ilin – 95 min 118,2 ton, 2012-ci ilin – 109 min 008,8 ton olub.

Bu ilin üçüncü rübündə xaricə 2 min 991,42 ton xurma ixrac olunub.