Azərbaycan xaricə rekord dəyərdə kartof satıb

ASK
  • 27 dekabr, 2021
  • 08:00
Azərbaycan xaricə rekord dəyərdə kartof satıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 39,86 milyon ABŞ dolları dəyərində 91 min 834,66 ton kartof ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, son 10 ilin (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ən yüksək göstəricisidir. Bir il əvvəlki göstəricilərlə müqayisədə ixrac müvafiq olaraq 18,1 % və 12,93 % artıb.

2021-ci ilin ilk 10 ayında kartof ixrac etdiyimiz ölkələr:

Ölkə

Həcm, ton

İllik dinamika

Dəyər, min ABŞ dolları

İllik dinamika

Rusiya

85 015,5

22,82 %

38 298,03

24,4 %

Ukrayna

4723,07

-35,76 %

1 060,7

-42,18 %

Belarus

1327,92

-9,63 %

345,35

-29 %

Qazaxıstan

656,18

33,35 %

128,46

17,79 %

Gürcüstan

68,6

-97,24 %

12,13

-97,35 %

Moldova

43,4

-79,05 %

10,85

-82,07 %

Hesabat dövründə Azərbaycan 33,9 milyon ABŞ dolları dəyərində 139 min 627,02 ton kartof idxal edib. Ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə ixrac dəyər ifadəsində 38,41 %, kəmiyyət olaraq – 39,71 % artıb. Bir il 5 aylıq fasilənin ardından Ukraynadan, 1 il 4 aylıq aradan sonra Fransadan, iki ilin tamamında Misirdən kartof tədarükü bərpa edilib.

2021-ci ilin ilk 10 ayında kartof idxal etdiyimiz ölkələr:

Ölkə

Həcm, ton

İllik dinamika

Dəyər min ABŞ dolları

İllik dinamika

İran

128 943,06

2 dəfə

31 203,33

2 dəfə

Türkiyə

5694,65

235 dəfə

1428,56

236 dəfə

Gürcüstan

4585,16

6,9 dəfə

1138,71

7 dəfə

Ukrayna

194,89

-

54,66

-

Rusiya

106,35

-99,7 %

42,57

-99,53 %

Misir

54

-

21,95

-

Pakistan

48,9

-71,41 %

14,67

-71,4 %

Fransa

0,01

-

0,03

-

Son xəbərlər

Bütün Xəbər Lenti