Yuxarı

Azərbaycan və İran pambıqçılıq, tütünçülük və baramaçılıq sahəsində əməkdaşlıq etmək niyyətindədir

Azərbaycanın kənd təsərrüfatı naziri Bakıda İran səfiri ilə görüşüb

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşüb. Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi olub.

"Report"a nazirlikdən daxil olan məlumata görə, H.Əsədov iki dost ölkə arasında iqtisadi və siyasi sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və ötən ilin “Kənd təsərrüfatı ili” elan olunması ilə bağlı dövlətin aqrar sahəyə göstərdiyi dəstəyin artırılması və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib.

Nazir mayın 19-21-də Bakıda keçiriləcək “Сaspian Agro 2016” sərgisinə İran şirkətlərini də dəvət edib. Nazir iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etdirlməsi məqsədi ilə İranın kənd təsərrüfatı nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.

Görüşdə pambıqçılıq, tütünçülük və baramaçılıq sahəsində İran şirkətləri ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

M.Pakayin iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi