​Azərbaycan və İran arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

​Azərbaycan və İran arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir Görüşün məqsədi kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub
ASK
6 Fevral , 2015 18:28
​Azərbaycan və İran arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 6-da kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İranın Kənd Təsərrüfatı Nazirliyinin Ticarət məsələləri üzrə İdarəsinin baş direktoru Camal Müdərrisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşün məqsədi kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi olub.

S.Talıbov İran İslam Respublikası ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığa maraqlı olduqlarını bildirib və iki ölkə arasında baytarlıq sahəsində sazişin imzalanması prosesinin sürətləndirilməsi, Azərbaycan-İran Hökumətlərarası Müştərək Komissiyanın 9-cu iclas Protokoluna əsasən iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun müddəalarının icrasının vacibliyini nəzərə alaraq Kənd Təsərrüfatı Nazirlikləri tərəfindən 2015-ci ilin yanvar ayında yaradılan İşçi qrupun ilk iclasının yaxın tarixlərdə İranda keçirilməsi, kənd təsərrüfatı, heyvandarlıq və bağçılıq məhsullarının istehsalı və idxalı məqsədilə investisiya və təsərrüfatlar üzrə əməkdaşlıq, iki ölkənin qonşu əyalətləri arasında, xüsusilə də aqrar sənaye, heyvandarlıq və bitkiçilik məhsullarının istehsalı və kənd təsərrüfatı məsləhət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, heyvan və bitki məhsullarının sağlamlığının gücləndirilməsi, zərərvericilərin izlənilməsi, qabaqlayıcı tədbirlərin genişləndirilməsi, iki ölkənin sərhədində zəruri sağlamlıq tədbirlərinin tətbiq edilməsi məqsədilə məlumat mübadiləsi, bitkiçilik məhsullarının istehsalı və emalı sahəsində, xüsusən sərhəd rayonları arasında investisiya imkanlarının qiymətləndirilməsi, kənd təssərüfatı sahəsində prioritet istiqamətlərə və məhsullara dair məlumat mübadiləsinin aparılması kimi təklifləri irəli sürüb.

İranın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Camal Müdərrisi kənd təsərrüfatı məhsullarının istehsalı, biznes, heyvandarlıq, quşçuluq regionlar arası əlaqələrin genişləndirilməsi, toxumçuluq, şəkər çuğunduru istehsalı, birgə müəssisələrin yaradılması istiqamətində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi