Bakı. 22 fevral. REPORT.AZ/ Fransada işgüzar səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri
İ.Kərimov, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr erməni qoşunlarının torpaqlarımızdan tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Bu münaqişə regionun inkişafına böyük maneə yaradır.
Nazir qeyd edib ki, Fransa münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir və vasitəçi ölkə kimi neytral olmalıdır. “Təəssüf olsun ki, Fransanın bəzi yerli ərazi kollektivləri işğal altında olan Azərbaycan rayonlarına qeyri-qanuni səfərlər təşkil edir və onlarla dostluq xartiyaları imzalayırlar. Bu, həm beynəlxalq hüququn, həm də Fransanın özünün qanunlarına ziddir. İnanırıq ki, prefektura səviyyəsində bu məsələyə ciddi baxılacaq və belə qeyri-qanuni səfərlər ləğv ediləcək”, - deyə İ.Kərimov vurğulayıb.
Nazir iki ölkə arasında siyasi əlaqələrdən də söz açaraq, dostluq münasibətlərinin və tərəfdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub.
Prefekt P.Melo Azərbaycan Prezidenti