Yuxarı
    Bağlamaq

    ​Azərbaycan və FAO arasında yeni müqavilə imzalanıb

    Sənəd kənd qadınlarının inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanlarının artırılmasına dəstək layihəsinə aiddir

    Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında "Kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanlarının artırılmasına dəstək Layihəsi" ilə bağlı müqavilə imzalanıb. "Report" xəbər verir ki, sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və FAO-nun ölkədəki nümayəndəliyinin təmsilçisi Mustafa İmir imzalayıblar.

    Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində maliyyələşən və Azərbaycanda və Türkiyədə həyata keçiriləcək bu layihənin əsas məqsədi təbii sərvətlərin düzgün və vahid şəkildə idarə edilməsinin təmin olunması və kənd ərazilərində yaşayan qadınların ehtiyaclarına xidmət etməklə seçilmiş pilot ərazilərdə yaşayan kənd qadınlarının imkanlarının artırılmasından ibarətdir.

    Bu layihə həmçinin, iki ölkə arasında münasibətlərin və əməkdaşlığın səmərəliliyinin daha da artırılmasına töhfə verəcək.

    Layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin kənd qadınları üçün təlim və məsləhət xidmətlərinin göstərilməsi ilə əlaqədar imkanların artırılması, hər iki ölkənin pilot əyalətlərində yaşayan kənd qadınları üçün ehtiyaclara uyğun təlimlərin keçirilməsi vasitəsilə onların potensialının yüksəldilməsi, Türkiyə və Azərbaycanın Kənd Təsərrüfatı nazirlikləri arasında əlaqələrin gücləndirilməsi, ən yaxşı təcrübə mübadiləsinin aparılması, o cümlədən aparıcı qadın fermerlərin bu ölkələrə qarşılıqlı tanışlıq səfəri, layihə və onun nəticələri barədə ictimaiyyətin məlumatlandırılması kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

    İmzalanma mərasimi zamanı FAO ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq əlaqələri, təşkilatınölkədə həyata keçirdiyi proqram və layihələrin kənd təsərrüfatı sektorunun modernləşdirilməsinə və davamlı inkişafına verdiyi töhfələr ətrafında müzakirələr aparılıb, əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi