Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan və Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası başa çatıb. İclasın yekununda işçi qrupları aparılan danışıqların nəticələrinə dair məruzələrlə çıxış ediblər.
Bolqarıstan Milli Sənaye Zonaları Şirkəti və Sumqayıt Kimya Sənaye Parkı arasında əməkdaşlıq haqqında sazişi isə Sumqayıt Kimya Sənaye Parkının direktoru Nazim Talıbov və Bolqarıstan Milli Sənaye Zonaları Şirkətinin direktoru Antoaneta Bares imzalayıblar.
Bolqarıstan Beynəlxalq Ali Biznes Məktəbi ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq haqqında sazişi Bolqarıstan Beynəlxalq Ali Biznes Məktəbinin direktoru Lena Qaydarska və Azərbaycan Dövlət Turizm Agentliyinin nümayəndəsi Məhəmməd Məmmədov imzalayıblar.
Sonda Azərbaycan ilə Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasının yekununa dair Protokol imzalanıb. Sənədi Müştərək Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri


