Azərbaycan Ukraynaya qarpız ixracını kəskin artırıb
- 15 avqust, 2023
- 10:22
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 3,8 milyon ABŞ dolları dəyərində 7 min 526 ton qarpız ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyət olaraq – 92 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 53 % çoxdur) 5 min 62 ton (+44 %), Ukraynaya 480 min ABŞ dolları dəyərində (+13 dəfə) 1 min 659 ton (+12 dəfə), Estoniyaya 196 min ABŞ dolları dəyərində 330 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 75 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 288 ton (+2,8 dəfə), Gürcüstana 41 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 146 ton (+95 %) məhsul satıb.
2022-ci ildə Azərbaycandan (7 ölkəyə) ixrac edilmiş 14 min ton qarpızın 71,1 %-i Rusiyanın, 19 %-i Ukraynanın payına düşüb.