Azərbaycan Ukraynadan konservləşdirilmiş toyuq əti idxalını kəskin artırıb

ASK
  • 09 may, 2023
  • 07:55
Azərbaycan Ukraynadan konservləşdirilmiş toyuq əti idxalını kəskin artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 1,5 milyon ABŞ dolları dəyərində 443 ton toyuq ətindən hazır və ya konservləşdirilmiş məhsul alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 86,1 %, kəmiyyət olaraq – 74,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 591 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 86 % çoxdur) 237 ton (+27 %), Macarıstandan 342 min ABŞ dolları dəyərində 54,24 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 187,4 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 57 ton (+2,2 dəfə), Ukraynadan 168,24 min ABŞ dolları dəyərində (+3 dəfə) 57,4 ton (+3 dəfə), Almaniyadan 165,3 min ABŞ dolları dəyərində 29,17 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilən 2 min 608 ton konservləşdirilmiş toyuq ətinin 51,4 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti