Azərbaycan Ukraynadan dondurulmuş meyvə idxalını bərpa edib
- 30 iyul, 2024
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana 269 min ABŞ dolları dəyərində 101,3 ton dondurulmuş meyvə (çiyələk və bağ çiyələyi, moruq, böyürtkən, tut giləmeyvəsi və ya çəkil, loqanov giləmeyvəsi, qara, ağ və ya qırmızı qarağat və firəng üzümü, digər) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,5 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Polşadan 147 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 67 ton (+2,9 dəfə), Türkiyədən 50 min ABŞ dolları dəyərində (+37 dəfə) 18 ton (+67 dəfə), Özbəkistandan 28 min ABŞ dolları dəyərində 0,6 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 18 min ABŞ dolları dəyərində (+6,5 %) 8 ton (+14 %), Ukraynadan 8,3 min ABŞ dolları dəyərində 2,6 ton məhsul alıb.
Azərbaycan 2 il 7 aylıq fasilənin ardından Ukraynadan dondurulmuş meyvə idxalını bərpa edib.