Azərbaycan Ukraynadan 10 milyon dollarlıq bağçılıq məhsulları idxal edib

ASK
  • 03 fevral, 2023
  • 09:34
Azərbaycan Ukraynadan 10 milyon dollarlıq bağçılıq məhsulları idxal edib

2022-ci ildə Azərbaycan Ukraynadan 10 milyon ABŞ dolları dəyərində bağçılıq məhsulları idxal edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Kənd Təsərrüfatı İxrac Assosiasiyası məlumat yayıb.

Hesabat dövründə bu məhsulların əsas alıcıları Polşa (108 milyon ABŞ dolları), Almaniya (29 milyon ABŞ dolları), Fransa (20 milyon ABŞ dolları), İtaliya (19 milyon ABŞ dolları), Hollandiya (16 milyon ABŞ dolları), Avstriya (14 milyon ABŞ dolları), Çexiya (11 milyon ABŞ dolları) və Azərbaycan (10 milyon ABŞ dolları) olub.

Bundan başqa, Ukrayna qozunun əsas (36 %-ni) idxalçıları Fransa, Azərbaycan və Yunanıstan olub.

Ötən il Ukrayna Aİ ölkələrinə 102 milyon ABŞ dolları dəyərində süd məhsulları ixrac edib ki, bu da illik müqayisədə 14,6 dəfə çoxdur. Bu seqmentə daxil olan kərə yağı və qatılaşdırılmış südün 69 %-ni - Polşa, Moldova və Azərbaycan, quru və qatılaşdırılmış südün 38 %-ni Polşa, İsrail və Hollandiya, pendirin 85 %-ni isə Qazaxıstan, Polşa və Moldova idxal edib.