Azərbaycan Türkmənistan və Panamadan yemiş idxalını bərpa edib

ASK
  • 25 sentyabr, 2023
  • 13:52
Azərbaycan Türkmənistan və Panamadan yemiş idxalını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 52,1 min ABŞ dolları dəyərində 75,45 ton yemiş idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 18 % azdır.

Azərbaycan İrandan 22,42 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % azdır) 32 ton (-43 %), Türkiyədən 11,15 min ABŞ dolları dəyərində (-39 %) 15,81 ton (-38,5 %), Türkmənistandan 9,88 min ABŞ dolları dəyərində 19 ton, Braziliyadan 6,45 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 6,45 ton (+2,5 dəfə), Panamadan 1,1 min ABŞ dolları dəyərində 1,1 ton məhsul alıb.

Beş il 5 ayın tamamında Azərbaycan Panamadan və 3 il 2 aylıq fasilənin ardından Türkmənistandan tədarükü bərpa edib.

Hesabat dövründə Azərbaycan 347,9 min ABŞ dolları dəyərində (+25 %) 1 min 67 ton (+2,4 dəfə) yemiş ixrac edilib.

Azərbaycan Ukraynaya 251,91 min ABŞ dolları dəyərində (+7,4 dəfə) 861,24 ton (+7,6 dəfə), Rusiyaya 71,44 min ABŞ dolları dəyərində (-68 %) 93,44 ton (-65 %) və Gürcüstana 24,51 min ABŞ dolları dəyərində 112,8 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.