Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci təxminən 11 %-ə artırıb

ASK
  • 06 iyul, 2024
  • 09:13
Azərbaycan Türkiyədən taxıl və paxlalıların idxalına çəkdiyi xərci təxminən 11 %-ə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 82,748 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,5 % çoxdur.

Təkcə iyunda Türkiyə Azərbaycana 10,68 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 36,7 % çoxdur.

Hesabat dövründə Türkiyənin taxıl, paxlalılar, yağlı toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 6,9 % artaraq 5 milyard 861 milyon ABŞ dollarına, iyunda isə 6 % artaraq 0,819 milyard ABŞ dollarına çatıb.